“Dərman qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi ləğv olunmalıdır” –EKSPERT RƏYİ

“Dövlət tərəfindən Tariş Şurası vasitəsi ilə dərman qiymətlərinin tənzimlənməsi qərarı səhv və absurd qərardır.Bu tənzimlənmə müxanizmi dərhal ləğv edilməlidir”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Milli Məclisdə baş nazir Əli Əsədovun ölkəyə dərmanların 95 faizinin idxal olunması ilə bağlı dediklərini Meta-da şərh edərkən bildirib: “Bu mexanizm yaradılandan sonra qiymətlər qalxır, keyfiyyət isə aşağı düşür, çünki qiymət təyin edilməsi istehsalçı ölkələr və molekullar üzrədir. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir. Keyfiyyətli dərman qıtığı yaranır və qiymətlərin isə yüksəlməsi prosesi baş verir”.
Ekspertin sözlərinə görə, ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan sonra onlarla dərman satan kiçik və orta şirkətlər iflas edib bazardan çıxıblar: “Ortada böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər”.
N.Cəfərli bildirib ki, digər bir məsələ gömrük rüsumları və vergilərlə bağlıdır: “Bu məsələ ki, birbaşa hökumətdən, parlamentdən asılıdır, bunun beynəlxalq səbəblərlə nə əlaqəsi var?! Ölkədə dərman pereparatlarına 18% ƏDV var, niyə olmalıdır ki?! Nədən bu sıfırlanmır, nədən azadılmır, niyə gömrük rüsumları tam ləğv edilmir – axı Əli Əsədov özü etiraf edir ki, biz 95% dərmanları xaricdən gətiririk, yerli istehsal yox kimidir, bəs bu rüsumlar nədən var?!”
Ekspert deyib ki, gömrükdə o mallara yüksək rüsum olmalıdır ki, bol yerli istehsalı var, daxili istehsalçını qorumaq üçün müəyyən “proteksionist” yanaşma mümkündür: “Bizdə olmayan istehsalın nəyini qoruyurlar?! Hökumət anlamırmı ki, istənilən rüsum və verginin son ödəyicisi vətəndaşdır, istehlakçıdır?! Bilirlər, amma hesabatlı  hökumət olmadığı üçün vergi-rüsum siyasətində bildiklərini “oxuyurlar”.
Əvvəlki məqalə

“Rusiyada həqiqi qəhrəmanlar var, Avropa və ABŞ-da belə insanlar qalmayıb”

Sonrakı məqalə

“Ölkədə media savadlılığının artırılması prioritet məsələdir” –