Rusiyada il ərzində əhalinin sayı 243 min nəfər azalıb.
Azpost.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
2023-cü ildə Rusiyada 1,264 milyon uşaq doğulub. Bu, 1,214 milyon uşağın doğulduğu 1999-cu ildən bəri ən aşağı göstəricidir.
Bundan əlavə, 2023-cü ildə doğulanların sayı 2022-ci ilə nisbətən 3%, 2021-ci ilə nisbətən isə 9,5% azdır.
Hesablama Rusiya Federasiyasının yeni bölgələri elan edilmiş Donetsk və Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərində doğum nəzərə alınmadan aparılıb.
“Rosstat”ın məlumatına görə, 2023-cü ildə Rusiya əhalisi 243 min nəfər (0,17%) azalaraq 146,204 milyon nəfər təşkil edib.
Rosstatın proqnozuna görə, 2046-cı ilin əvvəlinə ölkə əhalisinin sayı 138 milyon nəfərə çatmalıdır.