Rusiyada koronavirusdan ilk ölüm halı qeydə alınıb

Rusiyada yeni koronavirusdan ilk ölüm halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, Moskva şəhərində 79 yaşlı qadın koronavirusdan həyatını itirib.

Qeyd edək ki, martın 18-nə olan məlumata əsasən Rusiyada yeni növ koronavirusa 147 nəfər yoluxub. Son sutkada 33 yoluxma halı qeydə alınıb, 5 nəfər sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Mərkəzi Bankı iqtisadi stimullaşdırma proqramı elan edib

Sonrakı məqalə

Sabahdan Novruz tətili başlayır