Sabahdan Novruz tətili başlayır

Sabahdan – martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır.

“Report” xəbər verir ki, Azərbaycanda martın 20-si və 21-i Novruz bayramıdır.

Novruz tətili isə 20-28 mart tarixlərini əhatə edir. Belə ki, Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı qərarla 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Beləliklə, bu il 20-28 mart tarixləri qeyri-iş günləridir. Növbəti iş günü martın 29-dur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada koronavirusdan ilk ölüm halı qeydə alınıb

Sonrakı məqalə

Ərdoğan yeni zəmanənin gəldiyini bəyan etdi: