Rusiyada müxalifətçi jurnalist saxlanılıb

“Novaya qazeta”nın jurnalisti İlya AzarMoskvada ictimai asayişi dəfələrlə pozduğuna görə  polis tərəfindən tutulub. 

“RİA Novosti”nin məlumatına görə bu barədə onun vəkili Tatyana Molokanova bildirib.

O qeyd edib ki, İlya Azar İnzibati Məcəllənin 20.2-ci maddəsinin 8-ci hissəsini pozmaqda ittiham olunur: “Bu gün tutulub. Paytaxtın Krasnoselsky rayonunda Daxili İşlər Nazirliyində qalacaq, sabah səhər doqquzda (bu gün – red.) protokol tərtib ediləcək”.

Vəkilin sözlərinə görə, jurnalistin saxlanma səbəbi 31 avqust tarixində Moskvada razılaşdırılmamış mitinqdə iştirak və yaxud təşkili ilə əlaqəli ola bilər.

Qeyd edək ki, mitinqin təşkili və ya keçirilməsinin müəyyən edilmiş qaydasını dəfələrlə pozduğuna görə,  “Novaya qazeta”nın əməkdsaşını 150-300 min rubl civarında cərimə, 40-200 saat müddətinə məcburi iş və ya 30 günədək inzibati həbs gözləyir.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son dörd ildə 8000 uşaq vəfat edib –

Sonrakı məqalə

Ermənistan ordusu Qazax və Gədəbəydəki mövqelərimizi atəşə tutub –