Rusiyada noutbuklar və telefonlar kəskin bahalaşıb

Rusiya internet mağazalarında Apple noutbuklarının populyar modelləri üç həftə ərzində 46-142% bahalaşıb. 

RİA Novosti bildirir ki, bazar araşdırmalarına görə, eyni dövrdə ən çox satılan iPhone-ların qiymətləri 24-34%, planşetlərin qiymətləri 13-34% bahalaşıb.

Bazar araşdırması Price.ru mütəxəssisləri tərəfindən fevralın 23-dən martın 15-dək aparılıb. Mütəxəssislər Rusiyada internet mağazalarda Apple məhsullarının qiymət artımını müqayisə ediblər.

Ən çox Apple noutbukları bahalaşıb. Bu, Rusiyada bir çox təşkilatın iOS əməliyyat sistemilə işləməyə üstünlük verməsi ilə əlaqədardır. MacBook Pro MK1E3-ün orta qiyməti 480,1 min rubl, MacBook Z11B0004T isə 302,7 min rubl təşkil edib.

iPhone 13 128GB – 96 min rubla qədər və iPhone 13 Pro 128GB – 125,9 min rubla qədər bahalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Valyutanın bu günə olan məzənnələri

Sonrakı məqalə

Meksikanın Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupu yaradılıb