Rusiyada “Ölməz alay” yürüşü ləğv edilib

Rusiyada iyulun 26-da keçirilməsi planlaşdırılan Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan “Ölməz alay” yürüşü ləğv edilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Ölməz alay” təşkilatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təşkilatın onlayn keçirilən iclasının yekununda ölkədə epidemioloji vəziyyətlə əlaqədar iyulun 26-da keçirilməsi planlaşdırılan “Ölməz alay” yürüşünün ləğv edilməsi haqqında qərar verilib

Qeyd edək ki, hər il ənənəvi olaraq 9 may tarixində keçirilən “Ölməz alay” yürüşü bu il koronavirusa pandemiyasına görə təxirə salınıb. Aksiyanın iyulun 26-da keçirilməsi planlaşdırılırdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hirkan Milli Parkında yanğın olub

Sonrakı məqalə

Milli QHT Forumu hüquq-mühafizə orqanlarına müraciət edib