Rusiyada qubernator müavini müharibədə ölüb
Rusiyanın Primorski diyarının vitse-qubernatoru Sergey Yefremov xüsusi hərbi əməliyyat zonasında ölüb. AzPost APA-ya istinadla xəbər verir ki, bu barədə Primorski diyarının qubernatoru Oleq Kojemyako bildirib.
Yefremovun əməliyyatdan avtomobillə qayıdarkən başqa bir zabitlə Kursk vilayətində minaya düşərək həlak olduğu bildirilib.