Rusiyada rubl şoku –Birjalarda rubl 30 faiz ucuzlaşıb (RƏQƏMLƏR)

Rusiyanın valyutadəyişmə məntəqələrində fevralın 27-də dolların məzənnəsi 100-190 rubl arasında dəyişirdi. Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) rəsmi məzənnəsinə görə isə 1 dollar 83,5 rubla bərabər idi.

Azpost.info Bloomberg-ə istinadən bildirir ki, Forex bazarında hazırda rublun dollara 107 və 122 rubldur.  Saat 8-ə olan məlumata görə, rublun dollara nisbəti 122 rubl olub. Beləliklə dolları 28,6 faiz, avro 29,5 faiz bahalaşıb.

Dollar 117,82 rubl, avro isə 132,88 rubla satılır.

Ekspertlər Rusiyaya qarşı maliyyə sanksiyalarından sonra rublun çökəcəyinə proqnoz vermişilər.
Maliyyəçilər fevralın 28-də birjanın açılışında dolların 300 rubladək bahalaşacağını istisna etmir.

Qeyd edək ki, Rusiya Bankı Moskva Birjasında ticarəti  saat 10:00-da başlamağı qərara alıb.

Xatırladaq ki, fevralın 28-də Avropa İttifaqı Rusiya Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib. Bir sıra banklar isə SWIFT-dən ayrılıb.

Bu gün Rusiya rublunun (RUB) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi 0,0157 manata (1 manat/63,69 rubl) təşkil edib ki, bu da 2015-ci ilin dekabr ayının 18-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

Şəhər ticarəti zamanı Tokio birjasında rublun indeksi əvvəlcə 30%, daha sonra isə 40% səviyyəsində kəskin ucuzlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Rusiya Mərkəzi Bankı qiymətli kağızların satışını qadağan etdi