Rusiyada son sutkada 1 100-dən çox yoluxma faktı qeydə alındı

Rusiyada son bir gündə 1 154 nəfərə koronavirus diaqnozu qoyulub, 11 nəfər virusun qurbanı olub, 88 nəfər isə sağalıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 7 497 nəfərə, ölənlərin sayı 58-ə, sağalanların sayı isə 494 nəfərə çatıb. Ümumilikdə ölkədə 795 000-dən çox koronavirus testi keçirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 349 000-i ötüb. Bunların 286 662 nəfəri sağalıb, 74 811 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb

Sonrakı məqalə

Ötən gün karantin rejimini pozan 1 499 sürücü cərimələnib