Rusiyada tramvaylar toqquşub- Ölən və 100-ə yaxın yaralanan var (FOTO)

Rusiyanın Kemerovo bölgəsində iki tramvay toqquşub.

Azpost.info xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların sayı 90 nəfərə çatıb.

Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, onların arasında beş uşaq var. 80-ə yaxın şəxs xəstəxanaya yerləşdirilib, 11 zərərçəkənə ambulator tibbi yardım göstərilib.

Şəhərin meri Dmitri Anisimov yaralılardan birinin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, qalan zərərçəkənlərin vəziyyəti kritik deyil.

Hadisə yerli vaxtla saat 07:30 radələrində Loqovaya şossesində baş verib. Qəza yerində əməliyyat-istintaq qrupu işləyir. Yerli media tramvaylardan birinin əyləcində nasazlıq ola biləcəyini irəli sürüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.