Rusiyada vətəndaşlar Putinə etimad edirmi?- Reytinq sorğusu

Rusiyada prezident Vladimir Putinə yüksək etimad reytinqi var.

Azpost.info bildirir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin ( VSİSOM) keçirdiyi sorğunun nəticələri göstərib.

Ötən həftə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 80%-i Putinə etimadla bağlı birbaşa suala müsbət cavab verib.

Vətəndaşlar Baş nazir Mixail Mişustinə etibarı 61,8% civarındadır.  Reytinqdə üçüncü yeri Gennadi Züqanov tutur – 32,6%.

Respondentlərin 77,%-i Vladimir Putinin fəaliyyətini bəyənir. Müvafiq olaraq 54,2% və 51,8% Rusiya baş nazirinin və hökumətinin işini müsbət qiymətləndirir.

“Vahid Rusiya” partiyasını respondentlərin 36,5%-i dəstəkləyir, ikinci yeri Rusiya Kommunist Partiyası tutur – 10%, LDPR isə ilk üçlüyü qapayır – 9,3%.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.