Rusiyada yüzə yaxın jurnalist koronavirusa yoluxub

21 Aprel 2020 - 14:33

“Rusiyada yüzə yaxın jurnalist koronavirusa yoluxub, 500-ə yaxın insan isə karantində və ya özünütəcrid şəraitindədir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin mətbuat konfransında deyib.

O, bu yaxınlarda Moskvada koronavirusa yoluxan jurnalistlərdən birinin vəfat etdiyini deyib.