Qatarlarda sərnişinlərin icazələrinin olub-olmaması fərqli qaydada yoxlanılacaq

“Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda sərnişinlərin evdən çıxma icazələrinin olub-olmaması fərqli qaydada yoxlanılacaq”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova AzTV-nin efirində bildirib.

O xatırladıb ki, Nazirlər Kabinetinin qərarına əsasən “Azərbaycan Dəmir Yolları” beynəlxalq və regional istiqamətdə sərnişin daşımanı dayandırıb: “Bu çətin dönəmdə fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişini təmin etmək üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkətinin təşkili uyğun qrafiklə davam edir. Sərnişinlərin müraciətlərini nəzərə alaraq, vətəndaşların sənədlərinin yoxlanılması artıq sonuncu stansiyada deyil, qatar hərəkətdə ikən yolda aparılır. Bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada yüzə yaxın jurnalist koronavirusa yoluxub

Sonrakı məqalə

Adı “qara siyahı”da olan şəxsin qohumu ölsə, ona evdən çıxmağa icazə veriləcəkmi?