ABŞ rəsmiləri ilk dəfə olaraq Rusiya ərazisindəki hərbi hədəflərə atəç açmaq üçün Amerika silahlarından istifadə edildiyini təsdiqləyiblər.
Azpost.info xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Qərb rəsmisi və ABŞ senatoru bildirib ki, Ukrayna son günlər zərbələr endirmək üçün bundan istifadə edib.
Silahlar prezident Co Baydenin ötən həftə Xarkovu hücum edən düşmən qüvvələrindən müdafiə etmək məqsədi ilə Rusiya daxilindəki hədəflərə zərbələr endirmək qərarına uyğun olaraq istifadə edilib.
Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, respublikaçı Mayk Rounds zərbələrin ABŞ silahlarından istifadə edildiyini təsdiqləyib, lakin bu barədə ona necə məlumat verildiyini açıqlamayıb.
Azpost.info