Rusiyadan gələn yük qatarı Siyəzəndə relsdən çıxıb, vaqonlar aşıb-FOTO

Rusiyadan Azərbaycana tikinti materialları daşıyan qatar Siyəzən rayonunun Zarat kəndi ərazisində relsdən çıxıb.

Qatarın 3 vaqonunun aşması nəticəsində tikinti materialları dağılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, yük sahiblərinə zərər dəyib. Hazırda fakt araşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.

“Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzrərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbi araşdırılır”, – deyə açıqlamada bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.