Rusiyadan gətirilmiş 5 ton toyuq əti məhv edilib- FOTO

məhv edilib
məhv edilib

“Qurman Plyus” MMC-nin Rusiyadan idxal etdiyi “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsulu partiyalarından götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb.

AzPost bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Bildirilib ki, faktla bağlı ümumi çəkisi 2035,99 kq olan 155 ədəd qablaşdırmada toyuq budu və ümumi çəkisi 2882 kq olan 262 ədəd qablaşdırmada toyuğun bud dibi məhv edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.