Rusiyadan Türkiyəyə qaz idxalı 58 faiz azalıb

Türkiyə iyun ayında ən çox təbii qazı Azərbaycandan idxal edib.

Anadolu agentliyi  xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatına görə, iyun ayında Azərbaycandan 743 milyon 680 min kubmetr təbii qaz idxal olunub. Hesabatda qeyd olunub ki, Azərbaycandan sonra Rusiyadan 707 milyon 520 min, İrandan isə 419 milyon kubmetr qaz idxal olunub.

Məlumata görə, Rusiyadan təbii qaz idxalı 58,1 faiz, İrandan idxal isə 50,9 faiz azalıb, Azərbaycandan təbii qaz idxalı isə təxminən 2 faiz artıb.

Azpost.info

Əvvəlki məqalə

Mərkəzi Bank bu gün hərracda 58 milyon dollar satıb

Sonrakı məqalə

“Rusiya nüvə sınaqlarına qayıdacaq”