Rusiyadan Xankəndinə göndərilən humanitar yük Gəncə hava limanına çatdırılıb –

FOTO - VİDEO
06 Dekabr 2020 - 18:20

Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında  Rusiya Federasiyası tərəfindən Xankəndinə çatdırılması məqsədi ilə göndərilən  humanitar yük 2020-ci il dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.

Humanitar yardım  müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.