Rusiyalı məşhur jurnalist Nobel mükafatını 103 milyon dollara satdı

Rusiyalı jurnalist, Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov Nobel medalını hərracda 103,5 milyon dollara satıb.

Reuters“in xəbərinə görə, Nyu-Yorkda baş tutan auksionu təşkil etmiş “Heritage Auctions” bəyanatında bildirib ki, əldə edilən gəlir UNICEF-in Ukraynada qaçqın düşmüş uşaqlara humanitar reaksiyasına sərf ediləcək.

ABŞ mediasının məlumatına görə D. Muratovun Nobel medalının auksion qiyməti rekord olub və bu vaxta qədər hərraca çıxarılmış istənilən Nobel medalından daha baha satılıb.

Muratov “Novaya Qazeta”nın təsisçisidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.