Rusiyanı tərk edən şirkətlər 103 milyard dollardan çox itiriblər.
Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Məsələn, Almaniyanın OBI tikinti təchizat zənciri müharibə başlayandan dərhal sonra 27 mağazanın hamısının bağlandığını elan etdi.
Öz növbəsində, Kreml xarici şirkətlərin Rusiyanı tərk etmək istəyindən yararlanıb. Müəssisələrin satışına çoxsaylı məhdudiyyətlər, aktivlərin artıq azalmış dəyərinə 50 faiz endirim, büdcəyə “könüllü töhfə” – bütün bunlar biznesdən çıxmağı çox çətinləşdirib.
Qərb şirkətlərinin Rusiyadan çıxması ilə bağlı danışıqlara kömək edən “Debevoise & Plimpton”un hüquqşünası Alan Kartaşkin nəşrə bildirib ki, hakimiyyət biznesi kimin satın alacağını diktə edə biləcəklərini başa düşdü: “Əgər dövlətin kapitalda heç bir payı olmayan tamamilə özəl əməliyyatlara nəzarət etmək səlahiyyəti varsa, dayanmayacaq”.
Azpost.info