“Rusiya NATO üçün “elektroşok” oldu. Moskva Ukraynadakı hərəkətləri ilə Alyansı Avropa üçün zəruri təşkilata çevirdi”.
Azpost.info bildirir ki, bu sözləri Fransa prezidenti Makron özünün seçkiqabağı proqramını təqdim etmək üçün keçirdiyi böyük mətbuat konfransında deyib. Məlumatı Yelisey sarayının mətbuat xidməti yayıb.
“Mən NATO-nun “beynin öldüyü” barədə dediyim sözlərdən imtina etmirəm. Amma Rusiya bu təşkilat üçün elektroşok oldu”-deyə Fransa prezidenti bildirib.
Makron deyib ki, Rusiyanın Ukrayanda apardığı müharibə Avropanın sərhədləri üçün təhlükə yaradır: “Mən ölkələrin NATO-dan çıxması ilə bağlı mövqeyi heç vaxt dəstəkləməmişəm. Putinin başladığı müharibə bizim Avropa sərhədlərimizə təhlükə yaradır. Bu NATO-ya stratetji önəm verib və Alyansı zərurətə çevirib”-deyə Makron vurğulayıb.