“Qalatasaray” “Barselona”ya uduzdu –Avropa Liqası ilə vidalaşdı

Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Qalatasaray” mübarizəni dayandırıb.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu Avropa Liqasının 1/8 final mərhələsində “Barselona” səddinə ilişib.

“Cim-bom” ilk görüşdə səfərdə qolsuz bərabərə qalmasına baxmayaraq, doğma arenasında bundan yararlana bilməyib. Halbuki matçda hesabı Domenek Torrenin yetirmələri açıb. 26-cı dəqiqədə Markao fərqlənib. Lakin cəmi 9 dəqiqə sonra Pedri bərabərlik topunu vurub.

Fasilədən dərhal sonra kataloniyalılar Pyerr-Emerik Obameyanqın (50) qolu sayəsində hesabda önə keçib. Qalan dəqiqələrdə meydan sahiblərinin cəhdləri heç bir nəticə verməyib.

2:1 hesablı qələbə “Barselona”nı 1/4 finala yüksəldib. Xavi Ernandesin yetirmələrinin bu mərhələdəki rəqibi sabah keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir