Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcmi açıqlanıb

Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcmi 4,5 mlrd. ABŞ dollarına, Azərbaycanın Rusiya Federasiyasına qoyduğu investisiyaların həcmi isə 1,5 mlrd. dollara çatıb.

“APA-Economics”in məlumatına görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində keçirilən “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda deyib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan qarşılıqlı fəaliyyət göstərə və birgə iqtisadi uğurlar əldə edə bilərlər.

“Bu gün Rusiya biznesi Azərbaycanda işləməkdə maraqlıdır. Ölkənin dəmir yollarının, bərpa olunan enerji mənbələrinin, yüksək texnologiyalı müəssisələrin yaradılması və inkişafı üçün yaxşı perspektivləri var”, – deyə Overçuk bildirib.

Rusiya Baş nazirinin müavini onu da vurğulayıb ki, hazırda region Şimal-Cənub və Qərb-Şərq marşrutlarını əlaqələndirmək üçün imkanlar açır və bundan bütün Avrasiya İqtisadi Birliyi regionu faydalanacaq. O əlavə edib ki, hazırda Qazaxıstan sərhədlərindən Baltik limanlarına və Belarusa qədər yeni avtomobil yollarının tikintisi davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla məsləhətləşirik” –

Sonrakı məqalə

Bəstəkar Ruhəngiz Qasımovanın həyat yoldaşı vəfat edib