“Rusiyanın bu qərarından sonra Aİ Ukraynaya silah tədarükünü artıracaq”- BORREL

“Avropa İttifaqı Rusiyanın Qara dənizdə üzən gəmilərlə bağlı qərarından narahatdır və cavab olaraq Kiyevə silah tədarükünü artırmağa hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.

“Qara dənizdə üzən hər hansı bir gəminin Rusiya hərbi fəaliyyəti üçün hədəf kimi təyin edilməsi qərarı Ukraynanın öz taxılını dəniz yolu ilə ixrac etmək imkanını əngəlləmək üçün atılan addımdır. Bunun, ilk növbədə, Ukraynanın özü üçün nəticələri olacaq. Mən əminəm ki, Ukraynaya hərbi dəstəyi artırmaq baş verənlərə cavab verməyin yeganə yoludur”, – Borrel deyib.

O, Kiyevə daha çox hava hücumundan müdafiə sistemləri verməyi də təklif edib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Moskva Qara dəniz vasitəsilə Ukraynaya gedən bütün gəmiləri potensial hərbi yük daşıyıcıları kimi nəzərdən keçirəcək. Eyni zamanda, gəmilərə sahib olan dövlətlər Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etmiş sayılacaqlar.

Azpost.info

Əvvəlki məqalə

“Mediada islahatların əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır”

Sonrakı məqalə

Azərbaycan Ermənistandan Arazdəyəndə zavodun inşasını dayandırmağı tələb edib