Birləşmiş Ştatlar “Rusiya Bankı”nın dondurulmuş ehtiyatlarından əldə edilən gəirdən 20 milyard dolları Ukraynaya köçürəcək.
Azpost.info xəbər verir ki, bunu ABŞ maliyyə naziri Canet Yellen bildirib.
“G7 ölkələrinin hazırladığı sxem çərçivəsində gözlənildiyi kimi, ABŞ 20 milyard dollar verəcək. Vaşinqtonun nə qədər pul verə biləcəyi ilə bağlı qərar son aylar Macarıstanın mövqeyinə görə dayandırılmışdı. Macarıstan Rusiyanın Aİ-dəki aktivlərinin uzunmüddətli dondurulmasına razılıq verməkdən imtina edir. Biz 99 faiz hazırıq, sadəcə bir neçə kiçik məsələni həll etmək qalır. Hədəfə çox yaxınıq”, – Yellen deyib.
G7 ölkələri “Rusiya Bankı”ndan ümumilikdə təxminən 280 milyard dollar vəsaiti dondurublar (bunun təxminən 230 milyard dolları Aİ-dədir). Hesablamalara görə, onlar ildə 3-5 milyard dollar gəlir gətirə bilir.
Azpost.info