Rusiyanın “İnterpol”dan çıxarılması ilə bağlı müzakirələr gedir- AÇIQLAMA

“İnterpol”da Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı müzakirələr gedir”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin “İnterpol” Milli Mərkəzi Bürosunun rəhbəri Valeri Kalaçev bildirib.

Onun sözlərinə görə, “İnterpol”un nizamnaməsində belə bir prosedur nəzərdə tutulmayıb.

“Xüsusi hərbi əməliyyat başlayandan sonra bir sıra ölkələr ölkəmizi “İnterpol”dan çıxarmaq planları qurub. Biz onu da bilirik ki, bir sıra qeyri-dost ölkələrdə bu müzakirələr hələ də davam edir”, – Kalaçev deyib.

O qeyd edib ki, Rusiyaya və “İnterpol”un Baş Katibliyinə hələ də təzyiqlər davam edir. Lakin buna baxmayaraq, Rusiya bürosu təşkilat çərçivəsində xarici tərəfdaşlarla əməkdaşlığı yüksək səviyyədə saxlaya bilib.

Kalaçev “İnterpol” kanallarını çətin xarici siyasət şəraitində polis məlumatlarının mübadiləsinin faktiki olaraq yeganə yolu adlandırıb. O xatırladıb ki, “İnterpol”un nizamnaməsinə əsasən, təşkilatın istənilən üzvü, hətta aralarında diplomatik münasibətlər olmasa belə, məlumat mübadiləsi apara bilər.

Azpost.info

Əvvəlki məqalə

Erməni silahlı dəstələri Ağdam istiqamətində təxribata cəhd edib

Sonrakı məqalə

Şeyxülislam Hindistanda G20-nin Forumunda iştirak edib