Erməni silahlı dəstələri Ağdam istiqamətində təxribata cəhd edib- Qarşısı alınıb

Sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyev AYİB-in nümayəndə heyətini qəbul edib

Sonrakı məqalə

Rusiyanın “İnterpol”dan çıxarılması ilə bağlı müzakirələr gedir