Rusiya Federal Kosmik Agentliyi (ROSKOSMOS) “Luna-25” stansiyasının Ayda ilk foto çəkdiyini açıqlayıb.
Məlumatda Ayın orbitində hərəkət edən “Luna-25”in STS-L kameraları ilə Ay səthinin ilk fotosunu çəkdiyi bildirilib.
Moskva vaxtilə 08:23 radələrində çəkilən fotoda ayın arxa tərəfindəki cənub qütb krateri Zeemanın göründüyü bəlli olub.
Bundan əlavə, dünyadan görünməyən Zeeman kraterinin Ay səthində mövcud olan unikal obyekt olduğu və araşdırmaçılar tərəfindən böyük maraqla qarşılandığı, kraterin çevrəsindəki uzanmanın səthə görə 8 kilometr yüksəkliyə çatdığı qeyd olunub.