Rusiyanın Müdafiə naziri Azərbaycana gələcək

- Oktyabrın 30-da
28 Oktyabr 2019 - 13:05

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana səfərə gələcək.

Səfərdə məqsəd Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

Qeyd edək ki, oktyabrın 30-da Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.