Rusiyanın Müdafiə naziri Şoyqu Azərbaycana gəlib

25 Avqust 2020 - 14:02

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, S. Şoyqunun səfərinin məqsədi “Ordu Oyunları-2020″-nin Dəniz kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.

Rusiya MN-nin məlumatında Şoyqunun səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub.