Rusiyanın nə qədər borcu var?

24 Fevral 2021 - 16:13

Rusiyanın dövlət borcu ölkənin ümumi daxili məhsulunun 17,8 faizinə bərabərdir.

Hesabatı ölkənin Hesablama Palatası yayıb.

2020-ci ildə dövlət borcunun 39,9 faiz artaraq 18,9 trilyon rubla çatdığı bildirilir.

2021-ci il yanvarın 1-nə Rusiyanın xarici borcu 56,8 milyard dollar göstərilir. Bu istiqamət üzrə 2020-ci ilin artımı 3,5 faizdir.