“Rusiyanın növbəti təxribatı!”- Gürcüstan prezidenti viza rejiminin ləğvinə etiraz etdi

“Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və respublika ilə hava səyahətinə qoyulan qadağanın götürülməsi barədə qərarı qəbuledilməzdir”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

“Rusiyanın növbəti təxribatı! Rusiya Ukraynaya təcavüzünü davam etdirdiyi və ərazilərimizi işğal etdiyi müddətdə Gürcüstana birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir”, – Zurabişvili “Tviter”də yazıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb.

Azpost.info

Əvvəlki məqalə

Əsəd Səudiyyə kralından Ərəb Liqasının sammitinə rəsmi dəvət alıb

Sonrakı məqalə

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək