Kuba hakimiyyəti gələn həftə “Kazan” nüvə sualtı qayığı və “Admiral Qorşkov” raket freqatı da daxil, dörd Rusiya gəmisinin Havanaya gələcəyini elan edib.
Azpost.info bildirir ki, bu barədə “Reuters” xəbər verir.
Eyni zamanda, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və bölgə üçün təhlükə yaratmadığı vurğulanıb.
“Səfər Kuba ilə Rusiya arasında tarixən formalaşmış dostluq münasibətlərinə uyğundur”, – Kuba Xarici İşlər Nazirliyinin iyunun 6-da yaydığı bəyanatda bildirilir.
İyunun 5-də ABŞ administrasiyasındakı mənbə də Rusiyanın Karib hövzəsinə, o cümlədən Venesuela və Kubadakı müttəfiqlərə dəniz təlimləri keçirmək üçün hərbi gəmilər göndərmək planlarından bəhs etmişdi.
Kuba rəhbərliyinin məlumatına görə, Rusiya gəmilərinin Havanaya iyunun 12-dən 17-dək çatması gözlənilir.