“Rusiyanın Ukrayna ilə toqquşması qaçılmaz idi” –PUTİN

“Rusiyanın Ukraynadakı rejimlə toqquşması qaçılmaz idi. Əgər fevralda tərəfimizdən müvafiq hərəkətlər edilməsəydi eyni şeylər baş verəcəkdi. Amma bizim mövqeyimiz üçün pis olacaqdı”.

Azpost.info TASS-a istinadən bildirir ki, bu sözləri prezident Putin bildirib.

Dövlət başçısının sözlərinə görə, Ukrayandakı vəziyyət Rusiya üçün ölümcül idi. “Ukraynanın dostları bu ölkədə situasiyanı elə hala gətirdilər ki, bu vəziyyət Rusiya üçün ölümcül, Ukrayna xalqı üçünsə intihar həddinə çatdı”.  

Bununla yanaşı Putin deyib ki, bu günlü faciəvi qarşıdurmaya baxmayaraq Rusiya həmişə və indi də Ukrayna xalqına isti münasibət göstərir.

Azpost.info

 

 

 

 

 

Əvvəlki məqalə

İlham Əliyev Zirədə zeytun ağacı əkdi

Sonrakı məqalə

Qaxda 17 yaşlı Albina Papiaşvili öldürülüb