Rusiyanın Ukraynaya qarşı raket hücumu zamanı ölənlərin sayı artıb.
Bu barədə UNIAN məlumat yayıb.
Ümumilikdə 26-dan çox insan həlak olub, 120-yə yaxın insan yaralanıb.
51 bina ziyan görüb.
Qeyd edək ki, ötən gecə və bu gün səhər Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə kütləvi raket və dron zərbələri endirib. Ölkənin bir sıra vilayətlərində hava həyəcanı siqnalı verilib.