Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəldi

10 May 2021 - 21:39

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya səfər edib.

Bu barədəTASS məlumat yayıb.

Məlumatda bildirilir ki, rusiyalı nazir bu axşam Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Səfərin sonuncu günü – mayın 11-də isə Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş olacaq.

Qeyd edək ki, Rusiya XİN başçısı 5-6 may tarixlərində İrəvana səfəri çərçivəsində erməni həmkarı Ara Ayvazyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.