“Rusiyaya dərin zərbələr üçün Kiyevin məlum icazəni gözləməsinə ehtiyac yoxdur”- OSTİN

Ukraynanın Rusiyanın dərinlərinə zərbələr endirməsi üçün ABŞ raketlərinin istifadəsinə qoyulan qadağanın ləğvinə ehtiyac yoxdur.

Azpost.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyev pilotsuz uçan aparatlardan istifadə etməklə bu cür hücumlar həyata keçirmək imkanına malikdir.

“Düşünürəm ki, onların artıq bunsuz da uzaq məsafədən zərbələr vurmaq qabiliyyəti var və bunu edəcəklər. Ukrayna təmin etdiyimiz dronlar baxımından yaxşı mövqedədir”, – Ostin bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.