“Rusiyaya qarşı sanksiyaları gücləndirmək lazımdır” –Britaniya XİN başçısı

“Biz hərbi yardım və sanksiyaların köməyi ilə Ukraynanın qələbəsini təmin etməkdə qətiyyətli olmalıyıq”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Tras bildirib.

XİN rəhbəri Ukraynanın qələbəsini təmin etmək üçün şəxsən yorulmadan işləməyə hazır olduğunu bildirib: “Rusiyaya qarşı güc qoymaq, sanksiya siyasətini gücləndirmək lazımdır. Ayağımızı “əyləcdən” çəkə bilmərik”.

Tras əlavə edib ki, Qərb dünyası Ukraynada daha uzun və daha çətin münaqişənin yaranmasına imkan verməməlidir.

Azpost.info

Əvvəlki məqalə

Putin 28 May Günü münasibətilə İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Cavid Qurbanovdan sonra “ADY”-yə bu şəxs rəhbərlik edir –