“Ruslar iddia edir ki, türk hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar”-

AKAR
18 Dekabr 2020 - 10:56

Qarabağın bir hissəsində ermənilər var. Ruslar sülhü qorumaq çərçivəsində oradadırlar”.

“Hürriyət” qəzetinin verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə hərbçilərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir: “Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar. Biz bu məsələni Azərbaycanla müzakirə edəcəyik”.