İsveçrə banklarında rusiyalı müştərilərin 213 milyard dolları var.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bu aktivlər haqqında Rusiyaya qarşı sanksiyalar sayəsində öyrənmək mümkün olub. İsveçrə Bankirlər Assosiasiyasının hesablamalarına görə, banklar offşor hesablarda rus müştərilərə məxsus 150-200 milyard İsveçrə frankı (213 milyard dollar) saxlayır.
Sosial-demokratların həmsədri Mattea Meyer prezident Putinə və onun hökumətinə yaxın ruslara məxsus vəsaitlərə məhdudiyyət qoyulmasına çağırıb: “Bu vəsaitin bir hissəsi Kremlə sadiq oliqarxlara məxsusdur. Pul və onların fəaliyyəti müharibəni maliyyələşdirməyə kömək edir”.
Azpost.info