Rüşvət alan məmur peşman oldu, özünü polisə təslim etdi

Rusiyada Müdafiə Nazirliyinin vəzifəli məmuru könüllü olaraq rüşvət aldığını etiraf edib  və polisə təslim olub.

Azpost.info bildirir ki, polkovnik Aleksandr İonov  rüşvət olaraq avtomobil və üstəlik bir milyon rubl alıb. Lakin vicdanı ona o qədər əzab verib ki, depressiyaya düşüb.

Polkovnik Aleksandr İonov 2010-cu ildən Müdafiə Nazirliyində xidmət edir. O, idarə rəisinin müavini kimi hərbi hissənin maddi-texniki təminatına, vəsaitlərin istifadəsinə, eləcə də qəbul edilən silah və texnikaya cavabdeh olub. Xidmətlərinə görə İonov “Suvorov” medalı və 2-ci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Polkovnik işlədiyi müddətdə xüsusi texnologiyalar üzrə ixtisaslaşan “Promet” MMC-nin direktoru Vladimir Evstropyev və şirkətin əməkdaşı Vadim Zuevlə tanış olub. Müstəntiqlərin fikrincə, 2020-ci ildə İonov onlara sərfəli təklif edib:  İonov  Zuev və Evstropyevə ona qeyri-müəyyən müddətə istifadə üçün avtomobil verməyi təklif edib və bunun müqabilində dövlət müqavilələrinin icrasında baş verən pozuntulara göz yumacağını bildirib.

Zuev və Evstpropyev razılaşıblar. Belə bir təklifdən imtina etmək düz olmazdı. Onların üçü qərara gəlir ki, şirkət İonova  1,2 milyon rubla “Skoda Kodiak” alacaq və texniki xidmət xərclərini ödəyəcək (2020-ci ildən 2023-cü ilə qədər bu, şirkətə daha 930 min rubla başa gəldi). İonov təvazökarlıq edərək benzinin pulunu özü ödəməyə razı olub.

Lakin İonov bununla da dayanmayıb. 2021-ci ilin dekabrında o, “Spetstekhmet” MMC ilə dövlət müqaviləsinin bağlanması üçün lobbiçilik fəaliyyəti ilə məşğul olduqları üçün Zuev və Evstropyevdən daha 1 milyon rubl alıb.

Maddi sərvət isə peşmanlığa qalib gələ bilməyib. Polkovnik narahatlıqları fonunda depressiyaya düşməyə başlayıb. Gecələr yata bilməyən məmur sonda təslim olub. Onun sözlərinə görə, cinayət törətdiyini başa düşməyib.

Məhkəmə İonovu avtomobil və pul ittihamında təqsirli bilib və ona 4 il 6 ay müddətinə ciddi rejimli koloniya cəzası kəsib. Axtarış zamanı ələ keçirilən 1 milyon 936 min rubl dövlətin xeyrinə müsadiə olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.