“Rəşad Dağlını həbsxanada ziyarət edirik, deyirik səbirli ol” –Meyxanaçı Mehman Əhmədli 

“Dostumuz Rəşad Dağlını həbsxanada ziyarət edirik. Rəşada dəstək oluruq. Çətin vəziyyətdə yanında olmağa çalışırıq. Şükür Allaha, sağlamlığı yerindədir. Azadlıqdan başqa hər şeyi var. Allah qapısın açsın”.

Azpost.info bildirir ki, bu sözləri tanınmış meyxanaçı Mehman Əhmədli Teleqraf.com-a müsahibəsində deyib: “Görüşəndə də özünə deyirik ki, səbrli olsun, ailəsindən narahatlıq keçirməsin. Hər gün məclislərdə olan bir insanın birdən-birə bağlı qapı arxasına düşməsi çox çətindir. Çox böyük stressdir. Çalışırıq, stess keçirməyə qoymayaq”.

Onun sözlərinə görə, Rəşad Dağlının ətrafında olanlar onun ailəsinə dəstəyini əsirgımirlər: “Sağ olsunlar. Hər toy mərasimindən kömək edirlər. Ailəsinə, oğluna baş çəkirlər”. 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.