Səhiyyə Nazirliyi Rafael Dadaşovun səhhəti ilə bağlı məlumat yayıb

03 Dekabr 2019 - 16:43

Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, R. Dadaşovun müalicəsi hazırda reanimasiya şöbəsində davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.