Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Şəmkirçay su anbarında batan gəncin şəxsiyyəti müəyyənləşib.
APA-nın qərb bürosunun xəbərinə görə, o, 2003-cü il təvəllüdlü Hüseynov Tofiq Mətləb oğludur.
Hazırda onun axtarışları davam edir.