Səudiyyə Ərəbistanı neft hasilatını artırır

11 Mart 2020 - 13:52

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco” Enerji Nazirliyindən gələn göstərişə əsasən, gündəlik neft hasilatını 12 milyon bareldən 13 milyonadək artırmaq qərarını açıqlayıb.

“Report” AP-yə istinadən xəbər verir ki, ölkənin “Tadawul” birjasında açıqlanan bu qərarın nə zamandan həyata keçiriləcəyi göstərilməyib.

Xatırladaq ki, ötən gün “Aramco” gündəlik xam neft istehsalını aprel ayından 12,3 milyon barelə çatdıracaqlarını açıqlamışdı.

Xatırladaq ki, ötən gəftəsonu Rusiya neft hasilatının ixtisarına qoşulmaqdan imtina etdiyindən sonra bazar ertəsi günü xam neft qiymətləri 25 faiz azaldı. Bu da 1991-ci ildəki Körfəz müharibəsindən sonrakı dövr üçün neftin ən kəskin ucuzlaşmasıdır. Belə ki, ötən gün “Brent” markalı xam neft təqribən 37 ABŞ dollarından satılıb.