Şəxsi məlumatlarınızı ələ keçirən 5 məşhur tətbiq

mobil internet
mobil internet

Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə mobil tətbiqlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bir çox istifadəçi bu tətbiqlərin şəxsi məlumatlarını necə topladığından xəbərsiz qalır. AzPost xəbər verir ki, ekspertlər şəxsi məlumatları ələ keçirən məşhur tətbiqlərin siyahısını açıqlayıb.

Araşdırmalara əsasən, sosial media platformaları arasında FacebookInstagram istifadəçilərin ən çox məlumat toplayan tətbiqləri kimi ilk sırada yer alır. Bu platformalar istifadəçilərin məkan, əlaqə siyahısı, cihaz məlumatları və hətta istifadə vərdişlərini qeydə alır.

Digər təhlükəli tətbiq isə TikTok hesab olunur. ABŞ və Avropa ölkələrində dəfələrlə məlumat toplama qaydaları ilə bağlı qalmaqallar yaşayan bu platforma istifadəçi fəaliyyətlərini, mesaj məzmunlarını və cihaz məlumatlarını öz serverlərinə ötürür.

Ekspertlərin siyahısında yer alan CamScanner kimi sənəd skan tətbiqləri də təhlükəli sayılır. Bu tip proqramlar telefonun kamerası, mikrofonu və yaddaşına icazə alaraq şəxsi məlumatlara çıxış əldə edir. Xüsusilə, sənəd şəkilləri və digər həssas məlumatlar üçün risk daha yüksəkdir.

Daha bir təhlükə isə weather (hava proqnozu) tətbiqlərində aşkarlanıb. Bəzi hava proqnozu tətbiqləri istifadəçinin məkanını izləməklə yanaşı, digər tətbiq istifadəsini və telefonun vəziyyətini də qeyd edir.

Nəhayət, VPN tətbiqləri də siyahıya daxil edilib. Xüsusilə pulsuz VPN-lər istifadəçilərin internet trafiki, parol və giriş məlumatlarını qeyd edərək üçüncü tərəflərə sata bilər.

Mütəxəssislər istifadəçilərə tətbiqləri yükləməzdən əvvəl onların icazə tələblərini yoxlamağı və yalnız etibarlı platformalardan istifadə etməyi tövsiyə edir. Əks halda, şəxsi məlumatlarınız səlahiyyətli olmayan şəxslərin əlinə keçə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.