Səbuhi Məmmədli danışmağa başlayıb, palataya köçürüləcək

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə olunan jurnalist Səbuhi Məmmədlinin vəziyyəti stabilləşib.

O, komatoz vəziyyətdən çıxıb və fikirlərini ifadə edə bilir.

Reanimasiyada müalicəsi davam etdirilən jurnalistin bu gün palataya köçürülməsi gözlənilir.

Əvvəlki məqalə

Hansı məhsul və xidmətləri reklam etmək qadağandır?

Sonrakı məqalə

BMT Haaqa Məhkəməsini “Taliban”ın qadınlara qarşı cinayətlərini araşdırmağa