“Səfir qabağına keçənə anektod danışırdı…” –“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur”

“Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olandan sonra tərəflərin bir-birinə marağı qarşılıqlı olaraq azalıb. Hətta Londondakı səfirimiz belə ilk dəfə idi ki, gözə dəymədi. Halbuki, o, Çexiyada səfir olanda NATO Parlament Assambleyasının Praqada keçirilən iclasında yanımızdan əl çəkmirdi”.

“AzPolitika.info”nun məlumatına görə, bunları bugünlərdə NATO Parlament Assambleyasının Londonda baş tutan sessiyasından qayıdan millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev deyib.

O, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin NATO Parlament Assambleyasının sessiyasına laqeyd münasibətini ironic şəkildə sərt tənqid edib. Deputat, “bəlkə səfir xəstə olub, ona görə qatılmayıb” sualına belə cavab verib: “Parlament Assambleyasının iclasları keçirilən zaman səfir ənənəvi qaydada əhvalı yaxşı, qabağına keçənə, daha çox özünə ləzzət edən, haradansa öyrəndiyi primitiv lətifələrdən bir-ikisini danışıb, adi iş günlərini yaşayırmış”.

Q.Həsənquliyev bildirib ki, Assambleyada qəbul olunan hesabatlarda Gürcüstan və Ukraynadan fərqli olaraq, nə bizə, nə də neytrallığını elan etmiş Moldovaya ciddi dəstək ifadə olunmur. “PA-nın iş prinsipinə gəldikdə isə, əsas müzakirələr bir qayda olaraq komitələrdə keçirilir. Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində Məlahət (Məlahət Həsənova-AzPol.) xanım çox fəal iştirak etdi. Mən isə Siyasi Komitənin iclasında iştirak etdim. Təəssüf ki, nümayəndə heyətinin digər üç üzvü Londona səfər edə bilmədiyindən biz digər üç komitədə keçirilən müzakirələrə qatıla bilmədik. Müzakirələrinə mənim də qatıldığım əsas məsələlər isə Rusiya, Türkiyə, Çin, Əfqanıstan, Şimali Afrika ilə bağlı idi. NATO Parlament Assambleyasının nə qədər ciddi siyasi institut olması barədə nəsə demək artıqdır. Biz o cür yüksək tribunalardan ünvanımıza yönələn ittihamlara cavab vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün maksimum dərəcədə faydalanmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suriya Ordusu antiterror əməliyyatı başlayandan nə qədər itki verib?

Sonrakı məqalə

“Dövlət Nəzarət Təhlükəsizlik Departamenti”nin rəhbəri həbs olunub –