“Şəhid bacısı” adı altında onlayn pul toplayan şəxs tutulub- FOTO

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O, törətdiyi əməli etiraf edib. Araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

“Netflix” Notr-Dam kilsəsindəki yanğına həsr olunan serial çəkib

Sonrakı məqalə

Türkiyənin səhiyyə naziri Azərbaycana gəlir